Yaponiya pandemiya rekordunu qırıb: Yoluxmalar 12 mini keçdi

Yaponiya pandemiya rekordunu qırıb:   Yoluxmalar 12 mini keçdi
  31 İyul 2021    Oxunub:1115
Yaponiyada koronavirusa yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barəfə "NHK telekanalı məlumat yayıb. Bildirilir ki, artıq gündəlik yoluxma sayı 12 mini keçib. Bu isə pandemiya başlanan vaxtdan maksimum göstərici sayılır. 12 min 347 yeni yoluxma hadisəsindən 4058-i hazırda Olimpiya oyunlarının keçirildiyi Tokioda qeydə alınıb. 95 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Yaponiyada pandemiyanın başlanmasından bu yana 927 min nəfər xəstəliyə yoluxub, 15,2 min insan isə dünyasını dəyişib.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti