Yanğınsöndürənlərin növbəti qrupu Türkiyəyə yola düşəcək - FHN

   Yanğınsöndürənlərin növbəti qrupu Türkiyəyə yola düşəcək -    FHN
  31 İyul 2021    Oxunub:1205
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.
Bu barədə Azvision.az -a FHN-dən məlumat verilib.

Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Azvision.az


Teqlər: Yanğınsöndürən  





Xəbər lenti