Yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib
Müşavirədə son günlər ərzində qardaş Türkiyə Respublikasının bəzi bölgələrində tüğyan edən və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd edilib. Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiq edilmiş mövcud tədbirlər planı haqqında danışaraq, aidiyyəti dövlət orqanları ilə birgə yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.
Azvision.az
Teqlər: FHN