Putinlə Ərdoğan arasında telefon danışığı olub

   Putinlə Ərdoğan arasında telefon danışığı olub
  31 İyul 2021    Oxunub:1344
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Türkiyənin cənub bölgələrində baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyəti müzakirə ediblər. Bu, təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Vladimir Putin Rusiyanın yanğınların söndürülməsində Türkiyəyə hərtərəfli kömək göstərməyə davam edəcəyini təsdiqləyib. Ərdoğan isə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.

Liiderlər Rusiya-Türkiyə çoxtərəfli əməkdaşlığının aktual mövzularını nəzərdən keçirib. Bu yaxınlarda baş tutmuş hökumətlərarası komissiyanın iclasının nəticələrinə müsbət qiymət veriblər. Ticarət, iqtisadi, enerji və digər sahələrdə əldə olunan razılaşmaları həyata keçirmək üçün birgə iş aparılmasının əhəmiyyəti qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti