Xaricdə təhsil almış məzunlar Ağdamda səfərdədir

Xaricdə təhsil almış məzunlar Ağdamda səfərdədir
  31 İyul 2021    Oxunub:881
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və “Hökümətlərarası Təqaüd Proqramları” çərçivəsində dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.
Azvision.az xəbər verir ki, səfərdə 71 Dövlət Proqramı və HTP məzunu iştirak edir. Sözügedən məzunlar dünyanın 17 ölkəsinin (ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Belçika, Çexiya, Çin, İsveç, İsveçrə, İtaliya, Kanada, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rusiya, Türkiyə) 60-a yaxın nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas və təhsil səviyyələri üzrə təhsil alıb. Onlar hazırda Azərbaycanda müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə rəhbər və aparıcı mövqelərdə çalışırlar.

Səfər çərçivəsində onlar Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət təşkil edəcəklər.

Azvision.az


Teqlər: Tələbə   Ağdam  





Xəbər lenti