"Air France-KLM" koronavirusa görə 1,5 milyard ziyana düşüb

"Air France-KLM" koronavirusa görə 1,5 milyard ziyana düşüb
  31 İyul 2021    Oxunub:1140
"Air France-KLM" aviasiya alyansı koronavirusun yaratdığı böhran səbəbiylə bu ilin ikinci rübündə 1,5 milyard avro zərər görüb.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq şirkət əvvəlki maliyyə tarazlığını bərpa edə bilmir.

Pandemiyanın davam etməsini nəzərə alan səlahiyyətlilər "Air France-KLM"-nin özünü bərpasının hələ uzun müddət çəkəcəyini deyirlər.

"Bu yay daha çox avropalı tətil üçün fərqli ölkələrə uçur. Peyvənd olunmuş amerikalılar isə Avropa Birliyində məmnuniyyətlə qarşılanır. Xüsusilə, iyul və avqust aylarında məşğulluğun 60-70 faiz arasında olacağı gözlənilir. Bir sözlə, hər şey yaxşılığa doğru getsə də, hələlik aviagəlirlər zərərləri göstərir",-məqalədə yazılıb.

Xatırladaq ki, ötən il Hollandiya hökuməti şirkətə 3,4 milyard avro kredit verib. Öz növbəsində Fransa da keçən il 10,4 milyard avroluq dəstəyini göstərdi. Aprel ayında isə "Air France" 4 milyard dollarlıq daha bir sərmayə qazandı.

Qeyd edək ki, 2020 -ci il ərzində şirkət rekord zərər görmüşdü- 7 milyard avro.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti