Türkiyədə yanğınlar olan əraziyə meteorit düşdü- VİDEO

   Türkiyədə yanğınlar olan əraziyə meteorit düşdü-   VİDEO
  31 İyul 2021    Oxunub:1980
Türkiyə meşə yanğınları ilə mübarizə apardığı bir vaxtda İzmir şəhərinə meteoritin düşməsi barədə məlumat yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media yazıb. Saytlar sosial şəbəkələrdə yanğınların baş verdiyi əraziyə yaxın düşən naməlum yanan obyektin videosunu paylaşıblar.

Ukrayna təyyarələri Türkiyədə - FOTOLAR
Türkiyə vətəndaşları sosial mediada, xüsusən də "Tvitter"də yayılan görüntülərdən narahatlıqlarını ifadə edirlər. Əraziyə yaxın yaşayan bəzi sosial şəbəkə istifadəçiləri isə partlayış və ya zəlzələyə bənzər anlaşılmaz yüksək gurultuların eşitdiklərini yazırlar.

Hazırda ölkə ərazisinə hər hansı bir göy cisminin düşməsi barədə rəsmi məlumat yayılmayıb.



Tural Tağıyev
Azvision.az



Teqlər:   Meteorit   Türkiyə   Yanğın  





Xəbər lenti