Tokio-2020: 26 idmançımız medal qazana bilmədi

  Tokio-2020:  26 idmançımız medal qazana bilmədi
  31 İyul 2021    Oxunub:788
Tokio-2020 Yay Olimpiya Oyunlarında iyulun 24-dən mübarizə qoşulan Azərbaycanın 26 idmançısından 24-ü çıxışı başa vurub. Bu dövrdə 2 idmançı medal qazanıb.
Azvision.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan boksçu Cavid Çələbiyev də 1/8 finalda yarışı uduzub.

Yarışı yekunlaşan idmançılarımız:

Cüdo:  Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq), bürünc medal İrina Kindzerska (+78 kq)

Güllə atıcılığı:  Emin Cəfərov

Boks:  Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.), Məhəmməd Abdullayev (+91 kq), Cavid Çələbiyev (63 kq)

Qılıncoynatma:  Anna Başta

Veleyorüş:  Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası:  İvan Tixonov, Marina Nekrasova

Taekvandoçu:  Fəridə Əzizova, Milad Beiqi Xerçaqani

Triatlon:  Rostivlas Pevstsov

Badminton:  Edi Reski Dviçahyo

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Alfonso Dominges 1/2 finala yüksəlməklə ən azı bürünc medalı təmin edib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti