Türkiyədəki yanğınların səbəbləri araşdırılır

Türkiyədəki yanğınların səbəbləri araşdırılır
  30 İyul 2021    Oxunub:2071
Iyulun 30-na olan məlumata əsasən Adana, Antalya, Mərsin, Muğla, Osmaniye olmaqla Türkiyənin müxtəlif bölgələrində ümumilikdə 71 yanğın farktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul Universiteti-Cerrahpaşa Meşə Fakültəsi, Meşə Entomologiyası və Qoruma Bölümünün mütəxəssislərinin Türkiyədə son üç gün ərzində baş verən meşə yanğınları ilə bağlı ilkin qiymətləndirmə hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, bu yanğınlardan 57-i artıq söndürülüb, 14-nün söndürülməsi istiqamətində işlər aparılır. Yanğın zonalarında temperaturun yüksək və nisbi rütubətin aşağı olması yanan materialın nəmini azaldır və meşələri yanmağa daha uyğun hala gətirir. Küləyin güclü olması isə yanğının sürətini artırır və birbaşa yanğına müdaxiləni çətinləşdirir.

Hesabatda, eyni zamanda, bir neçə fərqli nöqtədə başlayan yanğınların baş vermə səbəblərinin araşdırılmasının zəruriyyəti, məhv olan ərazilər və yanmanın dərinliyi ilə bağlı dəqiq məlumatların yalnız yanğınların tamamilə söndürülməsindən sonra aparılacaq araşdırmalarla müəyyən edilə biləcəyi də qeyd edilir.

Azvision.az



Teqlər: Türkiyə   Yanğın  





Xəbər lenti