Türkiyədə meşə yanğınlarının 70-i nəzarətə alınıb

Türkiyədə meşə yanğınlarının 70-i nəzarətə alınıb
  30 İyul 2021    Oxunub:1403
Adana, Antalya, Muğla, mersin, İzmir və Osmaniyə başda olmaqla 24 bölgədə başlayan 81 meşə yanğınının 70-i nəzarətə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Tvitter səhifəsində bildirib.

Onun sözlərinə görə, davam edən yanğınlara 6 təyyarə, 9 PUA, 1 pilotsu helikopter, 1 yanğınsöndürmə tanker, 45 helikopter, 1080 suçiləyici, 55 inşaat maşını, 4 mindən çox şəxsi heyətlə müdaxilə edilir.



Azvision.az



Teqlər: Türkiyə   yanğın  





Xəbər lenti