Türkiyədə meşələrə giriş qadağan edildi

Türkiyədə meşələrə giriş qadağan edildi
  30 İyul 2021    Oxunub:1117
Türkiyənin bir sıra əyalətlərində meşəlik ərazilərə, piknikə yerlərinə, milli parklarda giriş qadağan olunub.
Azvision.az Türkiyə mətbuatına istinadən bildirir ki, Qırxlareli, İstanbul, Çanaqqala, Bursa, Balıkesir, İzmir, Aydın, Dənizli, Niğde, Uşaq, Hatay, Qaziantep əyalətlərində qadağa sabahdan etibarən qüvvəyə minəcək və 1 ay çəkəcək. 

Məhdudiyyətlər Qaziantepdə avqustun 15-dək, Niğdedə sentyabrın 15-dək, Uşaqda sentyabrın 30-dək, Dənizli və Hatayda isə hətta oktyabrın 31-dək tətbiq olunacaq.

Azvision.az


Teqlər: Türkiyə   Meşə   Yanğın  





Xəbər lenti