"Topçu Vüsal" FHN-də işləyəcək - Nazirin onunla görüşəcəyi gözlənilir
Vüsal iki dəfə Bakıya gəlib, general-mayor Hikmət Abbasov onu qəbul edib. Yaxın zamanda işə qəbulu ilə bağlı əmri çıxacaq. Bu yaxınlarda nazir Kamaləddin Heydərovun da onunla görüşəcəyi gözlənilir.
- Müdafiə Sənayesi naziri Mədət Quliyev də onu nazirlikdə işə dəvət etmişdi. Daha sonra Xaçmaz rayon polis şöbəsinin rəisi müavini də bizə gəlmişdi. Ancaq oğlumun seçimi FHN oldu,- qəhrəmanın atası deyir.
Qeyd edək ki, Vüsal Şahkərimov ötən gün 20 yaşını qeyd edib. O, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşüb və Şuşada xidmətini davam etdirib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: İgidlər