Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb

   Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
  30 İyul 2021    Oxunub:1228
Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb.
Baş konsulluqdan Azvision.az -a verilən məlumata görə, hazırda böhran bölgələrində baş verən hadisələrin soydaşlarımıza təsiri araşdırılır.

İyulun 30-da günorta saatlarınadək yanğının vətəndaşlarımıza təsiri barədə heç bir məlumat daxil olmayıb. “Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir.

"Vətəndaşlarımızdan xahiş edilir ki, yanğın böhranı ilə bağlı zərurət olduqda 00 90 536 613 86 48 nömrəli telefonla baş konsulluqla əlaqə saxlasınlar" - deyə konsulluqdan bildirilib.

Azvision.az


Teqlər: Konsulluq  





Xəbər lenti