Rusiyalı ekspert: "Paşinyanın səhvlərinin ağır nəticələri olacaq"

  Rusiyalı ekspert:   "Paşinyanın səhvlərinin ağır nəticələri olacaq"
  30 İyul 2021    Oxunub:1268
Moskva Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə Rusiya hərbçilərinin yerləşdirilməsi təşəbbüsünü dəstəkləməyəcək. Artıq Rusiyanın tanınmış ekspertləri bu haqda açıq şəkildə şərhlər verirlər.
Azvision.az Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir, onlardan biri Arkadi Dubnov təxribatların birbaşa Rusiyanın imicinə zərbə vurduğunu bildirib.

"Bu, artıq birbaşa Moskvaya qarşı yönəlmiş təxribatdır", - Dubnov vurğulayıb. O, qeyd edib ki, bununla Rusiyanın öz sülhməramlı missiyasının öhdəsindən gələ bilmədiyi haqda təsəvvür yaradılmağa çalışılır.

"Nikol Paşinyan ümid edir ki, əgər KTMT iki ölkə sərhədinə nəzarəti öz üzərinə götürməsə, onda ATƏT müşahidəçilərini bölgəyə cəlb etmək olar. Bu isə b irbaşa Rusiyaya qarşı təxribatdır. Bununla Paşinyan demək istəyir ki, Rusiya öz sülhməramlı missiyasının öhdəsindən gələ bilmir. İrəvanda düşünürlər ki, Vaşinqton və Paris onların daha yaxın müttəfiqləridir", - Dubnov əlavə edib.

Rus ekspert sonda hadisənin kimin imicinə daha çox zərbə vurduğunu qeyd edib.

"Bu vəziyyət Ermənistana heç bir xeyir gətirmədi. Sonda situasiyadan çıxış yolu tapıldı və nəticədə KTMT-nin və Ermənistanın imicinə zərbə dəydi. Mən bilmirəm Nikol Paşinyan böyük səhvini təkrarladığının fərqindədir, ya yox, amma onun ritorikası daha ağır nəticələrə gətirib çıxara bilər", - rusiyalı politoloq sözlərini bitirib.

Xatırladırıq ki, Azərbaycan-Ermənistan sərhədində təxribatlar davam edir. Keçən ilin noyabr ayında Azərbaycan ordusunun keçirdiyi 44 günlük "Dəmir yumruq" əməliyyatından sonra imzalanmış üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirmək istəməyən Ermənistan rəhbərliyi vəziyyəti təxribatlarla gərginləşdirmək və prosesi uzatmaq istəyir.

Şahin Ömər
Azvision.az


Teqlər: Paşinyan   Sülhməramlılar  





Xəbər lenti