Bayramov yanğınla bağlı Çavuşoğluna başsağlığı verib

Bayramov  yanğınla bağlı Çavuşoğluna başsağlığı verib
  30 İyul 2021    Oxunub:1949
Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluna Antalyada baş verən yanğınla bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, o bu barədə öz “Twitter” hesabında paylaşım edib.

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq".

Azvision.az



Teqlər: CeyhunBayramov  





Xəbər lenti