Balakən regional “ASAN xidmət” mərkəzi - 1 il - FOTO

Balakən regional “ASAN xidmət” mərkəzi -  1 il  -  FOTO
  29 İyul 2021    Oxunub:2891
Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 29 iyul 2020-ci il tarixdə açılıb. 17 avqust 2020-ci il tarixindən fəaliyyətə başlayan Balakən regional “ASAN xidmət” mərkəzində Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir.
Azvision.az xəbər verir ki, mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzinə 100 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzin daxilində vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” fəaliyyət göstərir. Uşaqların əyləncəsi üçün uşaq əyləncə guşəsi də mövcuddur.

Hazırda 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi də davam etdirilir.






Azvision.az



Teqlər: ASAN   Balakən  





Xəbər lenti