Yeni lokdaun?! "Twitter" baş ofisini bağladı

  29 İyul 2021    Oxunub :4325
  Yeni lokdaun?!  "Twitter" baş ofisini bağladı
Amerikanın “Twitter” şirkəti koronavirusun delta ştammının yayılması səbəbindən San-Fransiskodakı mənzil-qərargahını və Nyu -Yorkdakı ofislərini müvəqqəti bağlayır.

Azvision.az xəbər verir ki, bu barədə “Forbes” sosial şəbəkə nümayəndəsinə istinadən xəbər yayıb.
Məlumata görə, iki həftə əvvəl "Twitter" əməkdaşlarına məsafəli iş rejimindən çıxmağa və ofislərə gəlməyə icazə verib. Qərargah və ofislərin bağlanmasına əlavə olaraq, şirkət yeni ofis açılışlarını da dayandırıb.

Daha əvvəl, ABŞ -ın bəzi qurumlarında, o cümlədən Nümayəndələr Palatasında və Daxili Təhlükəsizlik Departamentində koronavirusun delta ştammının yayılması fonunda maska taxmanın yenidən məcburi olacağı bildirilib.

Amerika şirkəti "Twitter Inc." 2006 -cı ildə qurulub. Şirkət qısa mesaj mübadiləsi üçün sosial şəbəkədir. Baş ofisi Kaliforniya ştatının San -Fransisko şəhərində yerləşir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Delta   Lokdaun  







Xəbər lenti