Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı

   Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
  27 İyul 2021    Oxunub:909
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: İran   XİN  





Xəbər lenti