Rusiyanın müdafiə naziri Tacikistana gedib

Rusiyanın müdafiə naziri Tacikistana gedib
  27 İyul 2021    Oxunub:1247
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tacikistana işgüzar səfərə gedib. O, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.
Azvision.az xəbər verir ki, iyulun 28-də keçiriləcək iclasda Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan, habelə ŞƏT-də müşahidəçi ölkə olan Belarusdan hərbi nümayəndə heyətləri iştirak edəcək.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Şoyqunun ŞƏT-dən olan həmkarları ilə bir sıra ikitərəfli görüşlər nəzərdə tutulur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Taciikistan   Səfər  





Xəbər lenti