Ayşe Keşir: "Qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı davamlı edəcək"

   Ayşe Keşir:    "Qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı davamlı edəcək"
  27 İyul 2021    Oxunub:813
Burada olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda özümü evimizdəki kimi hiss edirəm. Çox isti münasibətin şahidi olduq. İki ölkə arasında mövcud olan bu dostluğun, qardaşlığın partiyalar səviyyəsində, qadınlar arasında da olmasını istədiyimiz üçün buradayıq.
Azvision.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadınlar Birliyinin sədri Ayşe Keşir YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə partiyanın Mərkəzi Aparatında görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Görüləcək bir çox işlərin olduğunu qeyd edən Ayşe Keşir bildirib : “Biz bunun üçün çox əzmliyik. İki partiya arasında imzalanan niyyət protokolundan irəli gələn vəzifələrin icrası üçün AK Parti Qadınlar Birliyinin, qadın millət vəkillərinin üzərinə düşən missiyanın yerinə yetirilməsinə çalışırıq. Bu isti münasibəti Bahar Muradovanın söylədiklərindən, nümayəndə heyətinə səmimiyyətindən də hiss etdik. Bu görüşü qadınlar arasında əməkdaşlığın başlanğıcı kimi dəyərləndiririk. Bundan sonra yenidən ölkənizdə olmaq, eyni zamanda, Azərbaycan nümayəndə heyətini ölkəmizdə görmək istərdik. Görüşlərimizdən yaranan təəssüratım belədir ki, qarşıda görüləcək işlərimiz çoxdur. İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək”.

Azvision.az


Teqlər: Qadın  





Xəbər lenti