Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

      Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub
  27 İyul 2021    Oxunub:1202
İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Bu barədə Azvision.az - a Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Azvision.az



Teqlər: Ordu   mövqe   Atəş  





Xəbər lenti