Şamaxıda otel icarədarı cərimələndi

  27 İyul 2021    Oxunub :403
Şamaxıda otel icarədarı cərimələndi
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” oteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı otelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.

Azvision.az

Teqlər: DİN  







Xəbər lenti