Zəngəzur qubernatorunun evində axtarış aparılıb

   Zəngəzur qubernatorunun evində axtarış aparılıb
  27 İyul 2021    Oxunub:1280
Ermənistanın hüquq mühafizə orqanları Sünik (Zəngəzur-red.) vilayəti qubernatoru Melikset Poqosyanın oğlunu tapa bilmir.
Azvision.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazıb:

Ermənistanda qalmaqallı insident: İndiki və eks qubernatorun qohumları bir-birnə atəş açdı
“Hüquq-mühafizə orqanları iki həftədir Melikset Poqosyanın oğlunu axtarır. Amma adı cinayətdə hallanan həmin şəxsi tapa bilmirlər. Redaksiyamıza daxil olan məlumata görə, təzəliklə qubernatorun evində bununla bağlı xüsusi axtarışlar aparılıb. Axtarışa səbəb 15 iyul tarixində Gorusda baş verən məlum atışmadır".

Xatırladaq ki, iyulun 15-də Sünikin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla indiki qubernator Melikset Poqosyanın oğlu Karapet arasında silahlı insident yaşanıb. Bir-birinə atəş açan hər iki tərəfə qohumları da qoşulub. Surik Xaçatryanın qardaşı oğlu Melikset Baqdasaryan ağır yaralanaraq xəstəxanaya yerləşdirilib və bir nəfər ölüb.

Qeyd edək ki, Tiqran Xaçatryanın adı illər öncə də oxşar insidentdə hallanıb. Ölümlə nəticələnən həmin atışmadan sonra Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Sünik   Atışma   Ermənistan  





Xəbər lenti