Tunisdə xüsusi karantin rejimi elan edildi

Tunisdə xüsusi karantin rejimi elan edildi
  26 İyul 2021    Oxunub:853
Tunis prezidenti Kays Səidin qərarına əsasən iyulun 26-dan avqustun 27-si tarixinədək ölkə üzrə insanların və nəqliyyatın hərəkəti dayandırılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən gecə işləyən insanlara, təcili işi olanlara istisnalar ediləcək.

Qərar ictimai yerlərdə və meydanlarda 3 nəfərdən çox insanın toplaşmağını qadağan edir. Məlumatda qeyd edilib ki, xüsusi rejim barədə qərar prezident administrasiyasının qərarı işə dəyişdirilə bilər.

Qeyd edək ki, 25 iyulda Tunis prezidenti parlamentin fəaliyyətinin 30 gün dayandırıldığını, bütün millət vəkillərinin toxunulmazlığının götürüldüyünü və baş nazirin istefasını elan edib. Ordu hissələri paytaxta gətirilib.

Xarici KİV-in məlumatına görə, Tunisin bir sıra böyük şəhərlərində parlamentin buraxılması, siyasi rejimin dəyişdirilməsi, respublikadakı sosial-iqtisadi vəziyyətin
və epidemiyanın pisləşməsindən məsul olanların mühakimə olunmasını tələbindən sonra prezident belə qərar qəbul edib.

Azvision.az




Teqlər: Tunis  





Xəbər lenti