Beyləqanda şadlıq saraylarında reydlər keçirilib

Beyləqanda şadlıq saraylarında reydlər keçirilib
  26 İyul 2021    Oxunub:1093
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildiriblər ki, tədbirlər zamanı şadlıq evlərinin rəhbərlərinə Operativ Qərargahın toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qəbul etdiyi qərarlarla bağlı məlumatlar verilib. Həmçinin şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıblar.

Polis əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti