Azərbaycan ABŞ və Britaniyaya yeni səfir təyin etdi

   Azərbaycan ABŞ və Britaniyaya yeni səfir təyin etdi
  26 İyul 2021    Oxunub:1004
Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

Azvision.az



Teqlər: Səfir  





Xəbər lenti