Əfqanıstanda mülki itkilərin sayı rekord həddə çatıb - BMT
Hesabata görə, mülki itkilər və zərərçəkənlərin sayı 5183 (1659 ölüm və 3254 yaralı) olub, bu da 2020-ci ilin eyni dövrünə görə 47% çoxdur.
BMT, Əfqanıstanda gərginliyin artmasının 2021-in ildə mülki itkilər sayının daha çox olacağı ilə bağlı xəbərdarlıq edib.
Əfqanıstanda, kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan "Taliban" yaraqlıları ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. ABŞ və NATO-nun öz qüvvələrini geri çəkməsi fonunda gərginlik daha da artıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan İtki