Böyük Britaniyada siçovullar qadına hücum etdi

  24 İyul 2021    Oxunub :622
Böyük Britaniyada siçovullar qadına hücum etdi
Londonun qərbində yerləşən Blondin parkında yüzlərlə siçovul 43 yaşlı Susan Treftubə hücum edib. Bu barədə The Sun nəşri məlumat yayıb.
Siçovullar qadının əllərini və ayaqlarını dişləyiblər.

“Siçovullar bir yana, mən bu qədər heyvan görməmişdim. İyrənc idi" ,- Susan bildirib. Böyük Britaniyanın paytaxt sakini gəmiriciləri özündən uzaqlaşdıraraq ərazidən qaçıb. Dəqiq deyə bilmir, amma hücumda 100-dən çox siçovulun olduğunu düşünür.

Bundan əvvəl mütəmadi olaraq Blondini ziyarət edən qadın bazar ertəsi axşama qədər bir dənə də siçovul görmədiyini dilə gətirib.

Hadisənin baş verdiyi ərazidə olan İling bölgə rəhbərliyinin nümayəndəsi gəmiricilərin sayını azaltmaq üçün yerli sakinləri parkları zibilləməməyə çağırıb.

Azvision.az

Teqlər:






Xəbər lenti