Tacikistanda mədəndə partlayış- Ölən var

  24 İyul 2021    Oxunub :485
Tacikistanda mədəndə partlayış-    Ölən var
Tacikistanın Suğd bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə İsfara meriyasının mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, partlayış Şurob kömür mədənində olub. Partlayışın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə Fövqəladə Hallar Komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu səfərbər olunub.

Qeyd edək ki, İsfara şəhərində yerləşən Şurob Tacikistanın şimalındakı ən böyük kömür yataqlarından biridir.

Şahanə Rəhimli

Azvision.az

Teqlər: Tacikistan   mədən  






Xəbər lenti