Üzgüçülərimiz Olimpiadaya erkən vida etdi

  24 İyul 2021    Oxunub :412
Üzgüçülərimiz Olimpiadaya erkən vida etdi
Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Azvision.az xəbər verir ki, mübarizəyə təsnifat mərhələsindən qoşulan üzgüçü Maksim Şemberev 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub. O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib.

M.Şemberev 29 uzgüçü arasında 26-cı olub.

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib. Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah olub.

Azvision.az

Teqlər: Tokio-2020  






Xəbər lenti