Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

  24 İyul 2021    Oxunub :468
Pakistan Əfqanıstanla sərhədə ordu yeridib
Pakistan Əfqanıstanla sərhədə ordu göndərib. Ölkənin daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, məqsəd hərbiçilərin və yaraqlıların sərhədi keçməsinin qarşısını almaqdır.
Azvision.az bu barədə Pakistanın "Dawn" nəşrinə istinadən xəbər verir.

Nazir bildirib ki, indi sərhədə nizami qüvvələr nəzarət edir. Hərbçilər qanunsuz sərhəd keçmə və qaçaqmalçılığın qarşısının alınması ilə məşğul olan sərhəd polisini əvəz edəcək.

Onun sözlərinə görə, qonşu dövlətdəki qeyri-sabit vəziyyətə görə Pakistan yalnız qaçqınların deyil, həm də silahlıların və hərbi qulluqçuların sərhədi keçməsinin qarşısını almalı olacaq.

“Əfqanıstandakı münaqişə ölkənin daxili işi olaraq qalır və İslamabad hansısa tərəf tutmur", - nazir deyib.

Bundan əvvəl Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi Babar İftixar Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan etmişdi. Şeyx Rəşid Əhməd isə 6 iyul tarixində Pakistanın ABŞ əsgərlərinin ölkədən çıxarılması və yaraqlıların irəliləməsi fonunda Əfqanıstandan olan qaçqınlara sərhəd açmamağa qərar verdiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan   Əfqanıstan  






Xəbər lenti