Qırğızıstan-Tacikistan sərhədində atışma olub

  24 İyul 2021    Oxunub :433
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
Qırğızıstan Tacikistan sərhədində atışma olub. Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Hadisə Batken rayonunun Qum-Mazar yaşayış məntəqəsində baş verib. Tacikistanın sərhəd bölgəsinin sakinləri qarşı tərəfin razılığı olmadan ərzini qumdan təmizləməyə başlayıblar.

Hadisə yerinə Qırğızıstan sərhədçilər, yerli hakimiyyət orqanlarının nümayəndələri gedib. Tacikistan Qırğızıstanın işi dayandırmaqla bağlı tələblərinə tabe olmayıb. Bundan sonra tərəflər arasında dava düşüb, sakinlər bir-birlərinə daş atmağa başlayıblar.

Tacikistan sərhədçiləri havaya atəş açıb. Qarşı tərəfin hərbçiləri də cavab atəşi açıblar. Daha sonra tərəflərin rəsmi nümayəndələri arasında görüş keçirildiyi və hazırda vəziyyətin stabil olduğu bildirilir.

Xatırladaq ki, mayın 2-də Qırğızıstanın 60 mindən çox vətəndaşı Tacikistanla sərhəddəki silahlı qarşıdurma bölgəsini tərk edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tacikistan   Qırğızıstan   Sərhəd  






Xəbər lenti