AŞPA məruzəçisi Azərbycana gəlir

  24 İyul 2021    Oxunub :501
 AŞPA məruzəçisi Azərbycana gəlir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq.
Azvision.az AŞPA-nın saytına istinadən xəbər verir ki, məruzəçi "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabat üçün məlumatlar toplayacaq.

O, Bakıda Milli Məclisin sədri, parlament üzvləri, münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri, Ombudsmanla, vətəndaş cəmiyyətinin təmsilçiləri, həmçinin köçkünlərlə görüşəcək.

Xatırladaq ki, P.Qavan qeyd edilən hesabatın hazırlanması məqsədilə bu ilin mayında Ermənistanda səfərdə olub. Hesabatı sentyabr ayında təqdim edəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AŞPA   Hesabat  






Xəbər lenti