Hindistanda güclü leysan: 129 nəfər ölüb

  24 İyul 2021    Oxunub :480
Hindistanda güclü leysan:    129 nəfər ölüb
Hindistanın qərbindəki Maharaştra əyalətində son 48 saat ərzində yağan güclü yağışın səbəb olduğu dağıntılar və torpaq sürüşmələri nəticəsində 129 nəfər ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 80-dən çox insan itkin düşüb.

Leysan yağışları Hindistanın qərb sahillərinə daha çox yağıb. Fəlakət bölgələrində xilasetmə işləri davam edir. Səlahiyyətli şəxslər ölkənin Hərbi Dəniz Qüvvələrindən kömək istəyib. Hərbçilər əhaliyə kömək etmək üçün səfərbər edilib.


Azvision.az

Teqlər: Hindistan  






Xəbər lenti