Moskvada 1 milyon təqaüdçü peyvənd olunub

  23 İyul 2021    Oxunub :369
Moskvada 1 milyon təqaüdçü peyvənd olunub
Rusiyada vətəndaşların koronavirus əleyhinə vaksinasiyadan keçməsi ilə bağlı aktiv işlər görülür.
Azvision.az xəbər verir ki, bu gün təkcə paytaxt Moskvada bir milyon təqaüdçünün peyvənd olunması məlum olub. Bu vaksinasiya proseslərinin isə yaşlı adamlar üçün heç bir mənfi nəticəsi olmayıb.

"Onların peyvənd olunmasından sonra heç bir çətinlikləri yaşanmayıb. Əksinə, biz görürük ki, bu insanlar daha az xəstələnir, ölüm halları isə daha az olur",- Moskva meri Sergey Sobyanin "Rossiya-1" telekanalının efirində bildirib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Moskva   Vaksin  






Xəbər lenti