Azərbaycan-Özbəkistan Birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqləndi

  23 İyul 2021    Oxunub :407
   Azərbaycan-Özbəkistan Birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Azvision.az

Teqlər: Azərbaycan   Özbəkistan  






Xəbər lenti