Azərbaycanda 371 nəfər koronavirusa yoluxub

   Azərbaycanda 371 nəfər koronavirusa yoluxub
  23 İyul 2021    Oxunub:1410
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti