Tokio Olimpiadasına həsr olunmuş poçt markaları buraxılıb

Tokio Olimpiadasına həsr olunmuş poçt markaları buraxılıb
  23 İyul 2021    Oxunub:1013
"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.
Azvision.az Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, “COVID-19” ümumdünya pandemiyası səbəbindən bir il təxirə salınan və bu ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq. Bu oyunlarda ölkəmiz 44 idmançı ilə təmsil olunur.

Markalarda müxtəlif yay idman növləri Olimpiya oyunlarına ev sahibliyi edən ölkənin atributu ilə əlaqələndirilib.

Belarusun Bobruysk şəhərində on min tirajla çap olunmuş poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.



Azvision.az





Teqlər: TokioYayOlimpiyaOyunları  





Xəbər lenti