Vüqar Bayramov: "Qeyri-neft ixracatı rekord səviyyəyə çatıb"

  Vüqar Bayramov:  "Qeyri-neft ixracatı rekord səviyyəyə çatıb"
  23 İyul 2021    Oxunub:1733
2021-ci ilin birinci yarısının yekunları Azərbaycan iqtisadiyyatında artımın yenidən bərpa olunmasından xəbər verir. Pandemiyanın təsrirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2021-ci ilin birinci yarısında 2 faiz artıb.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunda artım tempi 5 faizdən çoxdur.

“Eyni zamanda, aqrar sektorda 6 faizə yaxın artım qeydə alınıb. İqtisadi artım, təbii ki, birbaşa qeyri-neft sektorununda aparılan islahatlar nəticəsində baş verib. Nəticə etibarı ilə iqtisadi artımda neftdən kənar sektor drayver rolunu oynayır”.

Deputat bildirib ki, Azərbaycanın ixracatı və valyuta ehtiyatlarında da artımlar müşahidə olunur.

“Azərbaycanın ixracatında 15 faiz artım qeydə alınıb, bu dövrdə qeyri-neft ixracatı 27 faiz artıb. 2021-ci ilin birinci yarısında olan qeyri-neft ixracatı müstəqillik illərində rekord səviyədə çatıb. Nəticə etibarı ilə 2021-ci ilin yekununda Azərbaycanın qeyri-neft ixracatı 2 milyard dollardan çox olacaq ki, bu da praktik olaraq müstəqillik dövrünün rekord göstəricisidir”.

V.Bayramov qeyd edib ki, valyuta ehtiyatlarımızın xarici borc məbləğini 6 dəfə üstələməsi Azərbaycan iqtidsadiyyatında həm təhlükəsizlik, həm də müstəqil siyasətin həyata keçirilməsindən xəbər verir.

Azərbaycan valyuta ehtiyatlarının xarici borca nisbətən 6 dəfə çox olduğu azsaylı ölkələrdən biridir. MDB və bir sıra inkişaf etmiş ölkələrdə xarici borc məbləğinin Ümumi Daxili Məhsulda (ÜDM) xüsusi payı 50 faizdən çoxdur. Azərbaycanda xarici borcun ÜDM-də payı 19 faizdir və növbəti illərdə bu payın azalması nəzərdə tutulur. Həm qeyri-neft sektorunda inkişaf, həm xarici borcun tənzimlənməsi, həm də valyuta ehtiyatlarımızın artması iqtisadiyyatın növbəti dövrlərdə dayanıqlı inkişafı baxımından yeni imkanlar yaradır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: İqtisadiyyat  





Xəbər lenti