"Azvision.az"-ın əməkdaşları qalib oldular

  22 İyul 2021    Oxunub :1419
    "Azvision.az"-ın əməkdaşları qalib oldular
Milli Mətbuat Günündə MEDİA fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb. MEDİA-dan Azvision.az -a verilən məlumata görə, qaliblər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
“Ən yaxşı reportaj” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı bədii publisistika” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı müsahibə” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı köşə yazısı” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı jurnalist” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı oçerk” nominasiyası üzrə 5 nəfər, “Ən yaxşı ictimai-siyasi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı iqtisadi reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı sosial reportaj” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı mədəniyyət” nominasiyası üzrə 2 nəfər, “Ən yaxşı idman reportajı” nominasiyası üzrə 2 nəfər qalib olub.

Qeyd edək ki, “Ən yaxşı ictimai-siyasi təhlil” və “Ən yaxşı müsahibə” nominasiyaları üzrə qaliblər siyahısında “Azvison.az” -ın əməkdaşları da var.





Teqlər: MEDİA   Qalib   Mükafat   Müsabiqə  






Xəbər lenti