Messi suriyalı uşaqları qorumağa çağırdı

Messi suriyalı uşaqları qorumağa çağırdı
  15 Mart 2014    Oxunub:1376
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, İspaniyanın “Barselona” futbol klubunun ispaniyalı oyunçusu Lionel Messi öz Facebook səhifəsində diqqəti suriyalı uşaqların çəkdiyi iztirablara yönəldib: “Martın 15-i artıq 3 il olacaq ki, Suriyada vətəndaş müharibəsi davam edir. Suriyalı uşaqlara daha bir ili qanlar və əzab içində yaşamağa icazə verməyəcəyik” - deyə Messi öz sosial şəbəkəsində qeyd edib.

Futbolçu, ona hörmət edən hər kəsi, əsasən də dünya liderlərini, suriyalı uşaqlar üzərində zorakılığın dayandırılması barədə petisiyanı imzalamağa, humanitar yardım blokadasının dayandırılmasına, məktəb və xəstəxana işçilərinə qarşı hücumlara son qoyulmasına, eləcə də, zərər çəkmiş uşaqların təhsilinə və onlara psixoloji dəstək verilməsinə səsləyib.

Messi sosial şəbəkədəki bu məlumatı ispan və ingilis dillərində paylaşıb.


Teqlər:





Xəbər lenti