Milli Məclisdə Tağı Əhmədovdan danışıldı

Milli Məclisdə Tağı Əhmədovdan danışıldı
  14 Mart 2014    Oxunub:1027
“Tağı Əhmədov metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi...”

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc baş nazir Artur Rasizadənin hesabatına münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, baş nazirin işini yüksək qiymətləndirib. Qeyd edib ki, onun qapısı həmişə deputatların üzünə açıq olub.

Daha sonra Z.Oruc məmurlara bəzi xəbərdarlıq edib. Bildirib ki, məmurlar təriflərə aludə olmasınlar: “Təriflərə həddən artıq aludə olanlar unutmasınlar. Cənab prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib. Ən azı iki nazir yenisi ilə əvəzlənib”.

Z.Oruc metro ticarəti ilə bağlı yaranan qalmaqaldan da danışıb: “Sahibkarların üzləşdiyi bu problemlər, onların işlədiyi durum prezidentə olduğu kimi çatdırılsa, bu belə olmaz. Kəbirə Məmmədovanın başçılıq etdiyi Binə, eləcə də Sədərək və digər ticarət mərkəzlərində çalışan sahibkarların sənədsiz yerlərdə işləməsi və s problemlər həll olunmalıdır”.

Deputat həmçinin keçmiç metropoliten rəisi Tağı Əhmədovdan danışıb. O, bildirib ki, T.Əhmədovunun rəhbərlik etdiyi qurum metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi. Buradakı ticarət fəaliyyətinə niyə nəzarət etməlidir ki, ondan sonra gələn də bu məsələ ilə məşğul olsun?”.

Z.Oruc təhsil sahəsində ciddi tədbirlərin həyata keçirilməsinə çağırıb. Millət vəkil vurğulayıb ki, hər il ali məktəblərə keçid balı aşağı salınır və bu problem öz həllini tapmalıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti