Parlamentdə Zaur Hüseynovun qadağası müzakirə edildi

Parlamentdə Zaur Hüseynovun qadağası müzakirə edildi
  14 Mart 2014    Oxunub:972
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Fazil Mustafa metro keçidlərindəki ticarət köşklərinin sökülməsindən danışıb.
AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, bu gün Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatını dinlədik. Hesabatda bütün məsələlər geniş şəkildə öz əksini tapıb.

“Ölkədə sosial-iqtisadi səhədə irəliləyiş olduğunu hamı təsdiq edir. Amma bununla yanaşı problemlər var. Mən konkret məsələlərdə bağlı öz münasibətimi bildirmək istəyirəm. Birinci olaraq, son vaxtlar Azərbaycanda baş verən kiçik və orta sahibkarların qarşısında yaradılan problemlərdən danışmaq istəyirəm. Məsələn metrodakı ticarət köşkləri. Düzdür metro keçidlərində bunlar olmamalıdır. Pintilik, səliqəsizlik yaradır. Amma sahibkarlar həmin yerə nə qədər pul ödəyir, oranı təmir edirlər. Həyatlarını oraya bağlayırlar. Lakin bir gün sonra gözlərini açıb görürlər ki, əllərində heç bir sənəd yoxdur və yerləri əlindən alınır”.

F.Mustafa daha sonra “Binə” və “Sədərək” ticarək mərkəzlərinə çalışan sahibkarların üzləşdiyi sənəd problemindən söz açıb.
“Eləcə də Sədərək, Binə və digər yerlərdə olan sahibkarlara heç bir sənəd verilmir.
Həmin yerlərdə çalışan şəxslərə bir ay əvvəldən xəbərdarlıq edilməlidir. Onlara başqa ərazidə yer verilməlidir. Bu dövlət qarşısında problemə çevrilir. Dövlət niyə öz belinə yük götürməlidir ki?”.

Daha sonra deputat “Sovetski”dəki söküntülərdən danışıb: “Dediklərim “Sovetski”də yaşayan insanlara da şamil edilir. Dövlət insanlara dəyər verməlidir. Olmaz ki, həmin yerlərdə bir neçə hündür mərtəbəli yaşayış evi tikilsin. Çox insan oraya öyrəşib, orada onun uşağı təhsil alır, həyat yoldaşı işləyir, orada böyüyüb, yaşayıb. İndi bu hara getsin?” .
Millət vəkili Azərbaycan Beynəlxaq Universitetinin tələbələrinin problemlərini hökumət üzvlərinə çatdırıb. Bu problemi illərdir ki, dondururuq, bunu belə qoymaq olmaz. Problemi həll etmək lazımdır. Bir nəfər dələduz bu işləri edib. İndi dövlət bu vətəndaşların məsələsəni həll etməlidir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti