Masazırdakı yanğın söndürüldü - YENİLƏNİB

 Masazırdakı yanğın söndürüldü -  YENİLƏNİB
  24 İyun 2021    Oxunub:1104
Masazırda 1 ha sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb.
Bu barədə Azvision.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğın Mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti