Əlcəzair hökuməti istefaya gedib

Əlcəzair hökuməti istefaya gedib
  24 İyun 2021    Oxunub:605
Baş nazir Əbdüləziz Cerradın rəhbərlik etdiyi Əlcəzair hökuməti istefaya gedib.
Azvision.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Əlcəzair Prezidenti Abdelməcid Tebbun Baş nazir Əbdüləziz Cerradın istefasını qəbul edib və ölkənin yeni hökumətinin qurulmasına qədər fəaliyyət göstərməsini tapşırıb.

Daha əvvəl “Milli Qurtuluş Cəbhəsi” partiyası parlamentin aşağı palatasına keçirilən erkən seçkilərdə qalib gəlib. Bu ilin fevral ayında Tebbun xalqın ölkədə əsaslı islahatlar aparmaq və hökuməti dəyişdirmək tələbləri fonunda gənclərə siyasi həyatda iştirak etmək üçün daha çox fürsət vermək məqsədilə parlamenti buraxmaq və 12 iyun tarixində erkən seçki keçirmək qərarına gəlib.

Əlcəzairdə əvvəlki parlament seçkiləri 2017-ci ildə keçirilib, növbəti seçkilər 2022-ci ilə təyin edilmişdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti