Ölkə başçısından Suqovuşanla bağlı sərəncam

  24 İyun 2021    Oxunub :650
   Ölkə başçısından Suqovuşanla bağlı sərəncam
Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 647 hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif olunanların siyahısı

Azvision.az

Teqlər: Suqovuşan   Medal  






Xəbər lenti