Prezident general-mayoru Ağdam medalı ilə mükafatlandırdı

   Prezident general-mayoru Ağdam medalı ilə mükafatlandırdı
  24 İyun 2021    Oxunub:1433
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3522 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif olunanların 1-i general-mayor, 10 nəfəri isə polkovnikdir.

Azvision.az



Teqlər: Ağdam   medal  





Xəbər lenti