Rusiyada gündəlik yoluxma 20 mini ötüb

Rusiyada gündəlik yoluxma 20 mini ötüb
  24 İyun 2021    Oxunub:564
Rusiyada son sutka ərzində koronavirusa 20 182 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 388 695 nəfərə çatıb.

Rusiyada son bir gündə 568 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 131 463 nəfərdir. İndiyədək 4 915 615 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti