Ötən gün 154 yanğın olub, 2 nəfərin meyiti təhvil verilib- FHN

  24 İyun 2021    Oxunub :239
Ötən gün 154 yanğın olub, 2 nəfərin meyiti təhvil verilib-    FHN
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 154 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas olunub, 2 nəfərin isə meyiti, o cümlədən Masallı rayonunun Babakücə kəndi ərazisində yerləşən süni göldən 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN  






Xəbər lenti