41 dərəcədən çox istidə açıq havada işlər dayandırılmalıdır- XƏBƏRDARLIQ
DƏMX-dən Azvision.az - a verilən məlumata görə, işəgötürənlərə müraciət edərək bildirilib ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.
Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcə Selsidən çox olduğu günləri nəzarətdə saxlamalı, gün ərzində havanın temperaturunun 41 dərəcə Selsidən çox müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsini dayandırmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrin verilməsini təmin etməlidirlər.
Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.
Azvision.az